Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılacaq

Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Bu barədə Mynews.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, “ASAN Xidmət” mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan sabah səhər 05:00-dək (altı saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...