Bakı metrosundan Yeni il SÜRPRİZİ
“Bakı Metropoliteni” QSC Yeni il ərəfəsində sərnişinlərini daha bir əhəmiyyətli layihə ilə sevindirəcəklər.
Qurumun mətbuat xidmətindən Mynews.az-ə verilən məlumata görə, dekabrın 18-i səhər saat 10:00-dan axşam saat 19:00-a qədər “İçərişəhər” stansiyasında keçiriləcək yarmarkada gənc istedadların əl işlərinin satışını təşkil etmək üçün şərait yaradılacaq.
“Əl işləri yarmarkası” adlandırılan, sırf sosial yönümlü aksiya təmənnasız təşkil edilir. Əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, həmçinin sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır.
“Bakı Metropoliteni” QSC sərnişinlərini gənc istedadlara dəstək olmağa dəvət edir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1006 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 965 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 955 dəfə oxunub