İşıq borcu olanlara ŞAD XƏBƏR - bundan sonra...
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti rəsmi internet saytının yenilənmiş variantının təqdimatını keçirib.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, qurumun yeni saytı əvvəlki versiyaya nisbətən daha interaktivdir.
Təqdimat mərasimində çıxış edən qurumun İnformasiya texnologiyaları departamentinin direktor müavini Emin Əmirov deyib ki, saytda abunəçilər üçün elektron kabinet yaradılıb:
"Bu kabinet vasitəsi ilə onlar elektrik enerjisi istehlakı ilə bağlı bütün məlumatları əldə edə biləcəklər".
Qurum sözçüsü saytda qeydiyyatdan keçən abunəçilərin baş verən qəzalar və kəsintilərlə bağlı da məlumat ala biləcəyini qeyd edib:
"Kabinetdə qeydiyyatdan keçən abonentlər istənilən vaxt istifadə etdiyi elektrik enerjisi, borc barədə məlumat ala biləcəklər. Abonent, həmçinin telefon nömrəsini əlavə etməklə borcu öyrənə bilər. Bununla yanaşı, abonent şəxsi kabinetdə telefon nömrəsini qeyd edərsə, hər ay onun telefonuna aylıq istifadə edilən elektrik enerjisinə görə borc barədə sms məlumat göndəriləcək. Saytda abonent kodunu yığmaqla bütün ölkə ərazisində olan istənilən mənzilərin elektrik enerji borcunu da öyrənmək olur".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1012 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 970 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 959 dəfə oxunub