Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda ailə faciəsi - Gənc qız hamamda çimərkən öldü

Ötən gün Sumqayıt şəhərində 20 yaşlı qız evində ölüb.

Bu barədə Sumqayıt şəhər Prokurorluğundan Mynews.az-ə verilən məlumata görə, hadisə köhnə Corat qəsəbəsi, ev 428 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1998-ci il təvəllüdlü Günel Əlibaba qızı Dövlətzadə çimmək üçün hamama girib. Bir müddət sonra onun anası qızından səs gəlmədiyini görüb. Qapını açdıqda Günel Dövlətzadənin meyitini tapıblar.

Hadisə barədə polisə məlumat verilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Meyitin müayinəsindən sonra ölümün səbəbi məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...