Bakıda biabırçılıq - İnstaqramda tanış olduğu ailəli qadını intim fotoları ilə şantaj etdi
Bakıda qadını intim fotoları ilə şantaj edən şəxsin məhkəməsi baş tutub.
Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin olunmayıb.
İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Əfsanə Məmmədova (ad və soyad şərti verilib) "Instagram” sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Samir İsmayılzadə zərərçəkəndən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.
Samir İsmayılzadə ifadəsi zamanı 2016-cı ilin sentyabr ayından saxlanılana qədər həmin xanımdan hədə-qorxu yolu ilə 10500 manat aldığını etiraf edib. Məlum olub ki, Samir İsmayılzadə qadınla tanış olandan sonra onun intim video və fotolarını əldə edib. O, həmin foto və video ilə qadını şantaj edib. Samir İsmayılzadə qadından pul alan zaman onunla birlikdə dostu Şəhriyar Abbasov da olub.
Arzuladığınız mənzil və ya torpaq sahəsinə sahib olun.
İki dost birlikdə Əfsanə Məmmədovanı şantaj ediblər. Ailəli olan qadını həmin görüntüləri ərinə göndərməklə də hədələyiblər.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəhriyar Abbasov səkkiz il, Samir İsmayılzadə isə altı il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 934 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 925 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 924 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 922 dəfə oxunub