Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda gəlin Yeni il gecəsi qayınanasının başına oyun açdı

Bakıda qayınana gəlini tərəfindən döyülüb.

Mynews.az xəbər verir ki, döyülən qadın Cavadova Edeliya Cəlil qızı Oxu.Az-a açıqlamasında bildirib ki, insidentə səbəb Yeni ili ailə üzvləri ilə bir yerdə keçirmək istəməsi olub:

"Bayram axşamı üçün yeməklər bişirdim, gəlinimə dedim ki, Yeni ili öz evimizdə qarşılayaq. Bu zaman yumruqla elə vurdu ki, burnumdan qan açıldı. Daha sonra məni döyməyə başladı. Burnum sındı. Oğlum araya girən zaman onu da döydü.

Daha sonra qardaşına zəng etdi və evdə nə yeməklər bişirmişdimsə, hamısını yığıb, getdilər. Deyir, mən bu evin gəliniyəm, nə istəyirəm, edirəm. Oğlum onunla bacarmır”.

Edeliya Cavadova deyir ki, ailə həyatı qursa da, heç vaxt özünün doğma uşağı olmayıb: 

"Mən öz bacımın uşağını götürdüm, ana kimi baxdım. Övladlığa götürdüyüm oğlum evlənəndən gəlin bizimlə dolanmır. İndi heç kimim yoxdur ki, onun yanına gedim”.

Qadın hazırda sığınacağa yerləşdirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...