Energetik içkilərin qiyməti kəskin bahalaşdı - SİYAHI
Azərbaycanda enerji içkilərinin qiymətində kəskin artım qeydə alınıb.
Mynews.az xəbər verir ki, artıq marketlərdə qiymətlər dəyişdirilir. Hazırda bazarda xüsusi pay sahibi olan "Hell", "Redbull" və "Bizon"un qiymətində kəskin artım müşahidə edilir.
Bizon 250 ml - 1,70 AZN
Bizon 500 ml - 3 AZN
Hell 250 ml - 2.10 AZN
Hell 500 ml - 3.80 AZN
Jaquar 250 ml - 1.70 AZN
Jaquar 500 ml - 3 AZN
Redbull 250 ml - 3 AZN
Qeyd edək ki, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər aksiz vergisinə cəlb edilib. Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, energetik içkilərin hər litrinə 2 manat aksiz vergisi tutulur.
Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1114 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1098 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1098 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1043 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1035 dəfə oxunub