Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan həbsxanalarında transseksuallar - Elələri var ki...

Bu gün küçədə qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib, transseksual və ya transgender insanlara tez-tez rast gəlmək olur. 

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan tolerant dövlətdir, yuxarıda göstərilən şəxslər ölkəmizin vətəndaşlarıdır, digər vətəndaşlarla eyni hüquqlara sahibdirlər.

Heç kim qanun pozuntusundan sığortalanmayıb. Belə hallarda transseksualları hara göndərirlər?

"Bu gün Azərbaycan həbsxanalarında transseksuallar yoxdur. Söhbət cinsini dəyişən şəxslərdən gedir. Ancaq qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar az deyil”, - Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mehman Sadıqov deyib

Onun sözlərinə görə, homoseksuallar, əsasən, kişi, lezbiyanlar isə qadın koloniyalarında saxlanılır. Yeri gəlmişkən, lezbiyanların sayı azdır. Onlar üçün heç bir xüsusi güzəştlər tətbiq edilmir. Qayda, qanun və saxlanma şərtləri hər kəs üçün eynidir.

"Biz ayrıseçkiliyin baş verməsinə icazə vermərik. Deyə bilərəm ki, onlar heç bir təzyiqlə üzləşmirlər. Əlbəttə, üzərində işlər aparılan xüsusi qrup var, ancaq ona oriyentasiyasından asılı olmayaraq, hər kəs daxil edilir”, - o bildirib.

Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov bəyan edib ki, əgər transseksual qanun pozucularının sayı kifayət qədər olsaydı, o zaman onlar üçün koloniya daxilində xüsusi bölmələr yaratmaq olardı. Bu məhkumların şəxsi təhlükəsizlik maraqlarına görə ədalətli olardı.

Hüquq müdafiəçisi əlavə edib ki, əgər transseksual mühakimə edilsə və bununla yanaşı, onun həyatı və ya sağlamlığı üçün təhlükə olsa, təşkilat onun təhlükəsizliyini təmin etməlidir. Əsasən, bu hallarda digər koloniyaya köçürülmə və ya təcrid edilmə formasından istifadə edilir.

"Əgər xarici görünüşcə qadın, sənədlərdə isə kişi olan şəxs mühakimə edilirsə, o zaman həmin şəxs kişi koloniyasına göndərilir və təhlükəsizliyi təmin edilir. Əlbəttə, bu, sərt rejim olsa da, onun toxunulmazlığını təmin edir”, - o bildirib.

Hüquq müdafiəçisi təsdiq edib ki, həbsxanalarda qeyri-ənənəvi cinsi oriyentasiyaya sahib insanlar saxlanılır.

"Bir neçə il əvvəl iki lezbiyan koloniyada toy təqlid edib. "Mavi”lərə gəlincə isə, onları ayaqyoluna yaxın kameralarda saxlayırlar. Homoseksuallar var, amma elələri də var ki, həbsxanada belə olurlar”, - o qeyd edib.

E.Zeynalov bir fakta daha diqqət yetirməyi təklif edib.

Belə ki, transseksualların əməliyyatdan əvvəl və sonrakı vəziyyətlərinə diqqət yetirək. Əməliyyata qədər kişi cinsi orqanı olan qızları qadın koloniyasına heç kim buraxmaz. Ancaq əməliyyatdan sonra onlar adi qadın olurlar və rahatlıqla qadın koloniyasında qalırlar.

"Əsas problem əməliyyat edilməyən transseksuallarla bağlıdır. Həmin şəxslərin öz cinsindən olan insanlarla eyni koloniyaya salınması, əslində, onların bu cinsdən olanları əks cins kimi görməsi böyük münaqişəyə səbəb olur. Çıxış yolu ya əməliyyatın keçirilməsi, ya da təcrid edilmədir. Ümumiyyətlə, cinsi məsələlərlə bağlı cəzaçəkmə müəssisəsində ciddi problemlərimiz var”, - o əlavə edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...