Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yol Polisində təmizləmə - Biznesmen rəis müavini işdən çıxarılır - FOTOLAR

Yaxın vaxtlarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov uzun illər tutduğu vəzifəsini itirəcək.

Daxili İşlər naziri Ramil Usubovun son zamanlar polis orqanlarında apardığı təmizləmə işinin daha çox barəsində şikayətlərin qırmızı cizgini aşan əməkdaşları hədəf aldığını da nəzərə alaraq deyə bilərik ki, Balakişi Əhmədovun vəzifəsini itirəcəyi barədə əldə etdiyimiz məlumat həqiqətə uyğundur.
Xatırladaq ki, B. Əhmədov barədə mətbuatda zaman-zaman ciddi faktlara əsaslanan tənqidi materiallar əksini tapıb. Təbii ki, tənqiddən nəticə çıxarmamağı güc barometri hesab edən məmurlar siyahısına adını yazdıran cənab Əhmədovun gələcək perespektivi üçün maneəni də həmin faktlar yaratmalı idi və yaradır da.

Məsələn, Balakişi Əhmədovdan Mingəçevir Olimpiya Kompleksinin yaxınlığında özəlləşdirdiyi 2 hektar sahənin hesabı soruşula bilər.

Məlumdur ki, o, bu zaman heç bir cavab verə bilməyəcək.

Yaxud o, Ekologiya postunun arxasında yerləşən və keçmiş komandiri Süleyman Süleymanovla Ekologiya postunun rəisi Fuad Mayılovla şərik işlətdikləri "Şamlıq” adlanan böyük ticarət və iaşə obyektlərinin hansı vəsait hesabına ərsəyə gəldiyi sualına da gözünü döyərək cavab verməyə bilər.

Bu yerdə bildirək ki, B. Əhmədovun adıçəkilən daha 2 şəriyi ilə Azərbaycanın bir çox rayonlarında böyük biznes şəbəkəsi var.

Təsadüfi deyil ki, bu qanunsuz yollarla əldə edilmiş biznes gəlirlərinin harınlatdığı məmur övladları siyahısına Balakişi Əhmədovun ən yaxın ortağı Fuad Mayılovun oğlu xaricdə çəkdirib sosial şəbəkələrdə yaydığı fotolarla sübut möhürünü basa bilib (həmin fotoları yazının sonunda təqdim edəcəyik).

Bundan başqa, o da bildirilir ki, Balakişi Əhmədov qonşu Rusiyada böyük biznes şəbəkəsinə malikdir. Onun qardaşı Moskva şəhərində fəaliyyət göstərən ən imkanlı iş adamları sırasında qərarlaşıb. Qeyd olunur ki, YPX Alayının komandirinin Rusiyadakı biznesi məhz qardaşı tərəfindən idarə olunur.

Onu da qeyd edək ki, Balakişi Əhmədovun ortağı olan "Ekologiya” postunun rəisi Fuad Mayılovun da Rusiyada iri biznesinin olduğu bildirilir və qeyd olunur ki, bu biznesə də Balakişi Əhmədovun Rusiyada yaşayan qardaşı nəzarət edir.

//24saat.org



 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...