Bakıda kişinin halı pisləşdi, təcili yardım yaxın gəlmədi - VİDEO
Paytaxtın Bakıxanov küçəsindən keçən təcili yardım maşınları yolda halı pisləşən xəstəyə kömək etməyiblər.
Mynews.az xəbər verir ki, bu barədə jurnalist Kamran Mahmudov sosial şəbəkə hesabında video paylaşaraq yazıb.
"Saat 11:30 radələrində, Bakıxanov küçəsi, Dostluq kinoteatrının yaxınlığından keçərkən bir xeyli insanın toplaşdığını gördüm. Hadisə yerinə yaxınlaşanda aydın oldu ki, bir yaşlı kişinin halı pisləşib, toplaşan insanlar isə ona kömək etməyə çalışır. Hadisə şahidləri bildirdilər ki, təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb. Mən orada olduğum müddətdə də 2 təcili tibbi yardım maşını həmin ərazidən keçirdi. Biri özəl klinikalardan birinə məxsus, biri isə dövlətə məxsus. İnsanlar dövlətə məxsus təcili tibbi yardım maşınının qarşısını kəssə də, saxlamadılar. Həmin videonu aşağıda paylaşacam. Yol polisi məsələyə qarışdıqdan sonra 20 dəqiqə sonra yeni təcili tibbi yardım maşını ilə xəstəni xəstəxanaya qaldırdılar".
Həmin görüntüləri təqdim edirik:
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 918 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 901 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 592 dəfə oxunub