Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı sakinləri təşvişdə - - marketlərdə çörək qıtlığı yarandı - FOTOLAR

Gecədən başlayan güclü külək Bakı sakinlərini təşvişə salıb. 

Paytaxt mağazalarında artıq çörək qıtlığı yaranıb. 

Şəhər sakinləri, demək olar ki, mağazalardakı bütün çörəkləri və digər un məmulatlarını alıb. 

"ATV xəbər"in aparıcısı Pərvin Əsgərli də supermarketlərin birində üzləşdiyi mənzərədən çox təəccüblənib. O, marketdəki boş çörək rəflərinin şəklini çəkərək bunları qeyd edib:

"Saat 9:30. Marketlərdə vəziyyət belədir. Çörək almaq istədim, tapmadım. Satıcı deyir ki, hələ o biri şöbələrdə şamlar da qalmayıb. Hamısı alınıb. Əzizlərim, sadəcə hava bir az sərt keçəcək. Bu qədər israfa ehtiyac yoxdur, fikrimcə". (baku.ws)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...