Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda sələmçi qadın öldürüldü - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı yanvarın 24-nə təyin edilib. 

Qeyd edək ki, ötən il Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılıb. 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.

Xatırladaq ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olduğu bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...