Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sürücülük vəsiqələri ilə bağlı mühüm dəyişiklik

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.

Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. 

Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - "ə", "ğ", "ö", "ü" işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.

Qanun layihəsi parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...