Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı və Abşeronun bir hissəsində su olmayacaq

Paytaxtın Binəqədi qəsəbəsi, eləcə də Abşeron rayonunun Saray və  Ceyranbatan qəsəbələrində gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Mynews.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

A.Cəbrayıllı bildirib ki, içməli suyun verilməsində yaranacaq fasilələr magistral xətlərdə aparılacaq işlərlə bağlıdır:

“Magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün ərzində Saray və  Ceyranbatan qəsəbələrinə, həmçinin, Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...