Azərbaycanda "DONUZ QRİPİ"nin olduğu TƏSDİQLƏNDİ - - CANLI YAYIM (YENİLƏNDİ)

Azərbaycanda H1N1 virusu var, amma bunun adı “donuz qripi” deyil. Bu qrip ilk yayıldığı zaman adına “donuz qrip” deyildi. Lakin son 10 ildə buna “insan qripi” deyirik. Gürcüstanda H1N1 virusu çox yayılıb. Hər il dünyada 70 min insan qripdən ölür.
Mynews.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
“Bu virus dünyada varsa, onu heç kim dayandıra bilməz. Azərbaycanda isə böyüdüləcək qədər dəhşətli deyil. Hər ilin ikinci ayında laborator nümunələrin analizi aparılır. 10-cu ayda isə peyvəndlər hazırlanır. Hər yerdə mövsümi qriplər var: Azərbaycanda da, Gürcüstanda da. Qripdən qorunmaq üçün peyvənd olunmaq lazımdır.
İnsanlar tez-tez əllərini yumalıdırlar. Öskürərkən dəsmala öskürmək lazımdır. Bu yolla başqalarını da, özümüzü də qoruya bilərik”, - o bildirib.
Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev bildirib ki, bu qrip Azərbaycanda kəskin şəkildə deyil:
“Əgər kəskin olarsa, bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyinin üç böyük klinikası bu xəstəliklə mübarizə aparmaq gücündədir”.
Cəmiyyət
- Dəm qazı məktəbli qızın canını aldı - Azərbaycanda
- Azərbaycanda siqaret bahalaşdı
- “Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
- Tovuzda məktəblilər spirtli içkidən zəhərləndilər
- Tələbələrə ŞAD XƏBƏR - Təqaüdlər 20 faiz artırıldı - MƏBLƏĞ
- Bayram yarmarkası təşkil olunacaq - - Tarixi və yeri açıqlandı
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Vidadi İskəndərlinin barəmdə dedikləri şər, böhtan və qərəzdir - VİDEO 971 dəfə oxunub
- Ayaqları tutulan Ağakərimin son görüntüləri 932 dəfə oxunub
- Bakıda avtobus "Toyota" ilə toqquşdu - YARALI VAR 925 dəfə oxunub
- “Celentano Tribute Show” Bakıya sürprizlə gəlir - VİDEO - FOTOLAR 925 dəfə oxunub
- Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi - - Pulları geri qaytaracaqlar 923 dəfə oxunub