Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meriyanın sabiq aparat rəhbəri ilə bağlı şayiələrə qardaşı reaksiya verdi

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qardaşı, Bakı şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyevlə bağlı gəzən şayiələrə münasibət bildirib.  

B.Quliyev bununla bağlı öz feyzbuk səhifəsində yazıb: "Hörmətli dostlar, son günlər bəzi sayt və sosial şəbəkələrdə həm mənim qardaşım kimi, həm dövlətin mühüm postunda işləyən məmur kim Rasim Quliyevin işsiz qalması ilə bağlı müxtəlif məqsədlərə xidmət edən məlumatlar ictimailəşməkdədir. Bəlkədə, Rasim Quliyevin vaxtilə jurnalistikada olduğundan, ya da mənim bu camiyyədə olduğumdan bu mövzu daima gündəmdə olur. Bu məsələyə bir ictimai şəxs və qardaş kimi münasibət bildirməyi özümə borc bildim".  

Baş redaktor daha sonra yazır: "Mənə aydındır ki, media və sosial şəbəkələr bu gün sensasiya axtarışındadırlar. Amma bu, kimlərinsə marağına xidmət etməməlidir. Bəli, mənim qardaşım Rasim Quliyev 2001-ci ildən etibarən təqribən 18 ilə yaxın Bakı şəhər İcra Hakimiyyətində mühüm postlarda çalışıb. Çalışdığı müddətdə vicdanla, ləyaqətlə xidmət edib və şəhərin zibiliklərdən, köşklərdən, gecəqondulardan təmizlənməsində rəhbərlik tərəfindən verilən tapşırıqları yüksək səviyyədə yerinə yetiribdir. O, çox yüksək keyfiyyətlərə malik - imanlı, əxlaqlı, savadlı, işgüzar, bacarıqlı olması ilə yanaşı, yüksək intellekt sahibi və dostlarına, ailəsinə, dövlətinə sədaqətli bir insandır. Öz işinin öhdəsindən layiqincə gəlib və ona görə də müxtəlif dövlət mükafatlarına layiq görülübdür".  

B.Quliyevin sözlərinə görə, R.Quliyev 1988-ci ildən başlayaraq tələbə hərəkatının liderlərindən biri olub və siyasətçi kimi fəaliyyət göstəribdir: "O, Ulu Öndər Heydər Əliyevin qatı tərəfdarı kimi tanınıb və siyasi fəaliyyətinə görə müxtəlif dövrlərdə siyasi məhbus həyatı yaşayıbdır. Hətta sonuncu dəfə 1992-ci ilin dekabrında o, tutulub və ölkədə haqsızlığa, insan haqlarının və söz azadlığının açıq şəkildə pozulmasına etiraz olaraq aclıq aksiyası keçirmişdir. Yeri gəlmişkən, o dövrdə Ulu Öndərin o dövrki hakimiyyətə müdaxiləsindən sonra qardaşım azadlığa çıxa bilmişdir. Sonrakı dövrlərdə jurnalist və siyasi fəaliyyətini Yeni Azərbaycan Partiyasında davam etdiribdir. 2018-ci ilin sonlarından isə Bakı şəhər İcra Hakimiyyətində struktur dəyişikləri getdiyindən o işsiz qalıb. Amma bu hadisəyə başqa don geyindirmək, ya da kiminsə başqa məqsədi üçün istifadəsi yolverilməzdir. Aydındır ki, dövlətin islahat siyasəti nəticəsində bütün strukturlar yenilənməlidir, idarəçilik optimallaşmalıdır, müasir çağırışlara cavab verməlidir və eləcə də, Bakı şəhər İH- də bu prosses getməlidir. Bu belə qəbul edilməlidir".

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...