Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı
Fazil Məmmədovun vəfat xəbəri yayılsa da, bu xəbər yalan çıxıb.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, bir neçə saat öncə sabiq vergilər nazirinin bu gün Gəncə Beynəlxalq Xəstəxanasında vəfat etməsi ilə bağlı xəbər yayımlanmışdı. Xəbərdə, ağır xəstəlikdən əziyyət çəkən keçmiş vergilər nazirinin vəziyyətinin bu gün səhər saatlarından pisləşdiyi və müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilmişdi.
Gəncə Beynəlxalq Xəstəxanasından "BakuPost”a məlumat verilib ki, sabiq nazir ümumiyyətlə bu günlərdə Gəncə xəstəxanasında olmayıb:
"Dünən bizim xəstəxanada Məmmədov soyadlı vəzifəli şəxs rəhmətə gedib. Lakin o, Fazil Məmmədov deyil. Ola bilər ki, onunla qarışıq salıblar”.
Sayt dəqiqləşdirib ki, sabiq nazir bu günlərdə Gəncəyə getməyib. Hazırda Bakıda, evindədir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 958 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 929 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 919 dəfə oxunub