“Lotu Quli” avtoriteti güllələtdi - Yeni MÜHARİBƏ başladı
Nijnevartovsk bazarlarına nəzarət uğrunda kriminal qruplaşmalar arasındakı mübarizə sui-qəsdlə yekunlaşıb.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, buradakı bazarları ələ keçirməyə çalışan azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (Quli) yerli avtoritetlərlə məsələni həll etməsi üçün şəhərə nümayəndəsini göndərib. “Lotu Quli” ilk növbədə “Sibir balaqanı” yarmarkasına və mərkəzi bazarın bir hissəsinə iddialı olub.
Ancaq danışıqlar uğursuzluqla nəticələnib və yerli kriminal avtoritetlərdən biri yaralanıb. Daha sonra milis əməkdaşları Xüsusi Təyinatlı Çevik Dəstə ilə birlikdə nijnevartovsklu avtoriteti yaralayanı yaxalayıblar. Şübhəlilərdən ikisi Kaspiyskdə, biri isə Moskvada tutulub. Onlar hazırda Nijnevartovsk şəhərinə aparılıblar. Cinayətkarlara qarşı “adam öldürməyə cəhd” maddəsi üzrə cinayət işi açılıb.
Güc strukturlarındakı mənbələr Qulinin Nijnevartovsk bazar biznesinə nəzarət uğrunda ilk cəhdinin uğursuz olduğunu, lakin tezliklə “ikinci dalğa”nın olacağını proqnoz ediblər.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 935 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 926 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 925 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 923 dəfə oxunub