Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müdafiə naziri Milli Qəhrəmanın 40 mərasimində - VİDEO

Azərbaycanın belə qəhrəmanları varsa, biz qəhrəman millətik - Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimində iştirak edən müdafiə naziri Zakir Həsənov Ali baş komandan başda olmaqla torpaqlarımızın azad ediləcəyini deyib.

 Milli Qəhrəmanın xatirəsinə həsr olunan "Çingiz dastanı" ictimaiyyətə təqdim olundu. Çingiz 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə qəhrəmanlıqla şəhid olub. 

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə, əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...