Problemli kreditlərlə bağlı “qaynar xətt” yaradılacaq - Nazir açıqladı
"Şübhəsiz ki, problemli kreditlərlə əlaqədar zamin, borclu, bank və kredit alanlar arasında bir çox sual yaranacaq. Hər bir fərdi hala baxılmasına ehtiyac var, çünki bunlar bir-birindən fərqlənə bilər”.
Bunu jurnalistlərə açıqlamasında problemli kreditlərlə əlaqədar Prezident fərmanını şərh edən maliyyə naziri Samir Şərifov bildirib.
S. Şərifov deyib ki, Maliyyə Nazirliyinin İnternet portalında xüsusi bir bölmə yaradılır: "Fərmana əsasən, konkret təşkilatlar qarşısında 45 günlük müddət qoyulub. Ödənişlər Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Ona görə də Maliyyə Nazirliyində problemli kreditlərlə bağlı "qaynar xətt” də yaradılacaq. "Qaynar xətt"ə zənglər daxil olarkən həmin suallar cavablandırılacaq”.
Maliyyə naziri qeyd edib ki, fərmana əsasən, kreditlər bağışlanmır: "Fərmanda sadəcə, vaxtı ötmüş kreditlərin bağlanması üçün daha uzun müddət verilir. Eyni zamanda banklara, kredit təşkilatlarına tövsiyə olunur ki, borclulara dair məhkəmə, hüquq-mühafizə orqanlarında olan işləri geri çağırsın. Faiz və dəbbə borclarının silinməsi üzrə tədbirlər görülsün. Banklar, kredit təşkilatları borclulara dair məhkəmə və hüquq-mühafizə orqanlarında olan işləri geri çağırdıqdan sonra camaat "qara siyahı"lardan əziyyət çkməyəcək".
///ONA.az
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 982 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub