Atışma zamanı həlak olan əsgərimiz dəfn edildi - FOTOLAR
Ötən gün İran-Azərbaycan sərhədindən sərhədini pozmaq istəyən silahlı qrupla atışmada həlak olan kiçik çavuş Səxavət Məmmədov dəfn edilib.
Mynews.az ONA-ya istinadən xəbər verir ki, S. Məmmədov Göygöl rayonu, Yeni Qızılca kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, sərhədçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, ötən gün İran-Azərbaycan sərhədini pozmaq istəyən silahlı qrupla atışmada Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu həlak olub.
Faktla bağlı cinayət işi başlanıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1005 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 964 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 954 dəfə oxunub
loading...