Rayondan gəlib Bakıda gizli yaşayan sevgililərin hamam faciəsi: ikisi də ailəli olub və... - ŞOK TƏFƏRRÜAT
Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.
Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bahar bağları” yaşayış massivində yerləşən fərdi həyət evində kirayə yaşayan Şirvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Hüseynli Həbib Mehman oğlu və 1985-ci il təvəllüdlü Əzimova Əntiqə Vidadi qızı hamam otağında dəm qazından boğularaq ölüb.
Məlum olub ki, hər iki şəxs orta məktəbi bir yerdə oxuyub və sinif yoldaşlarıdır. Ailəli olsalar da, onların arasında gizli sevgi münasibəti yaranıbmış və xeyli müddət davam edirmiş. Bir müddət əvvəl onlar Bakıda işləmək üçün birgə paytaxta gəliblər və burada qeyri-rəsmi nikahda gizli yaşamağa davam ediblər.
Bildirilir ki, hər iki şəxsin rəsmi nikahlarından övladları var.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
///Publika.az
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 918 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 554 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 553 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 551 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 197 dəfə oxunub