Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu gündən doğulan uşaqlara 200 manat veriləcək

Bu gündən Azərbaycanda uşağın anadan olmasına görə sosial müavinətin məbləği 200 manata çatdırılıb.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu, prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı Sərəncamda qeyd olunub.

Belə ki, prezidentin 25 fevral 2019-cu ildə imzaladığı sərəncam bu gündən etibarən qüvvəyə minir.

Qeyd edək ki, bu məbləğ bundan əvvəl 109 manat təşkil edirdi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...