Çilpaq videosu yayılan qızlardan biri nişanlı olub - Videonun şok təfərrüatı...
Qızların çilpaq videosunun yayılması ilə bağlı hadisənin təfərrüatları bəlli olub.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən "Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda hadisənin bütün iştirakçıları 3 qız və 2 kişi idarədə izahat verirlər.
İlkin olaraq məlum olub ki, hadisə Səngəçal qəsəbəsində yerləşən bağ evində baş verib. Belə ki, olayın "qəhrəmanı” Cahid Kərimov adlı şəxs yeni aldığı "Range Rover” markalı 90 SA 888 nömrəli avtomobili "yumaq” üçün məclis təşkil edib. Və həmin məclisə 2 illik tanışı olan Xatirə adlı qızı dəvət edib. Xatirə tədbirə iki rəfiqəsini də götürərək qatılıb. Onlar normadan artıq viski qəbul ediblər və içkinin təsiri altında Cahidi təklifi ilə soyunaraq meyxana deyiblər.
Qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər. Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracaqlarını qeyd edib. Eyni zamanda, onlar Cahid və İsrafillə cinsi əlaqədə olmadıqlarını da əlavə ediblər.
Polisdən bildirilib ki, izahatları alındıqdan sonra qızlar sərbəst buraxılacaq. Hadisənin kişi iştirakçıları ilə bağlı isə araşdırmalardan sonra müvafiq tədbir görüləcək.
Hadisə ilə bağlı yaxın dəqiqələrdə DİN rəsmi açıqlama yayacaq.
İdarədən redaksiyaya eyni zamanda vurğulanıb ki, həmin şəxslərdən birinin döyülməsi ilə bağlı foto həqiqəti əks etdirmir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 982 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 955 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 944 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 944 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 941 dəfə oxunub