“BakıKart” təqdim olundu - QİYMƏTLƏR
Bu gün Bakıya səyahət edənlər üçün hazırlanan rəsmi şəhər kartı - “BakıKart”ın (“BakuCard”) təqdimat mərasimi keçirilib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən “Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı verir.
Turistlər kartı əldə etməklə Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour” avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.
Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.
Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik olmaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24, 45 və 70 manat təşkil edir.
Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəlif hotellər, turizm agentlikləri və köşklər, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 978 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 948 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 938 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 937 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 935 dəfə oxunub