Elinanın intihar anı yayıldı - ŞOK VİDEO
Bakı şəhərinin 162 saylı məktəbində baş verən intihar hadisəsinin görüntüləri yayımlanıb.
Buta.media-nın məlumatına görə, videoda məktəbli Elina Hacıyeva darısqal dəhlizin ortasına kimi yeriyir, pəncərənin qarşısında dayanır, əyilib corablarını düzəldir, sinfə tərəf baxır, sonra pəncərənin kənarına çıxır, sonra da özünü atır.
Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.
Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1002 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 963 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 953 dəfə oxunub