Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kompensasiya alanların tam siyahısı hazır oldu

"Problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısı artıq hazırdır”.

Mynews.az  xəbər verir ki, bu barədə "Qafqazinfo”ya Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev məlumat verib.

Qeyd edək ki, məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onların kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər.

Problemli kreditlər barədə məlumatlar, müştərilərin kredit götürdüyü banklara ötürüləcək.

Xatırladaq ki, problemli kreditlərlə bağlı kompensasiya və restrukturizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...