Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şəkiyə dolu düşdü

Şəkiyə güclü dolu yağıb. 

Mynews.az bildrir ki, Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, dolu, əsasən, rayonun dağlıq kəndlərindən olan Orta-Zəyziddə müşahidə olunub.

Gecə saatlarından yağmağa başlayan dolu bir neçə dəqiqə müddətində davam edib. Kənd sakinlərinin sözlərinə görə, dolu meyvə ağaclarına ziyan vurub.

Qeyd edək ki, dünən axşam saatlarından etibarən Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Gecə saatlarında bölgənin əksər rayonlarına güclü yağış yağıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...