Gürcüstanda azərbaycanlı məktəbli uşaq dünyaya gətirdi, DİN işə qarışdı
Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində məktəblərin birinin XI sinif şagirdi uşaq dünyaya gətirib.
Mynews.az “Report”-a istinadən xəbər verir ki, 16 yaşlı məktəbli qız sinifdə özünü pis hiss edib və məktəbə təcili tibbi yardım çağırılıb.
Qızın hamilə olduğu müəyyən edilib və xəstəxanaya çatdırılandan bir neçə saat sonra o, uşaq dünyaya gətirib.
Müəllimlərin bildirdiyinə görə, məktəbli hamilə olduğunu bilməyib. Yeniyetmənin ötən ilin sentyabrında qonşusu və qohumu, 40 yaşlı kişi tərəfindən zorlandığı məlum olub.
Gürcüstanın Daxili İşlər Nazirliyi Qabal kəndində yeniyetmənin uşaq dünyaya gətirməsi faktını təsdiq edib. Faktla bağlı istintaq başlayıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 906 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 590 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 582 dəfə oxunub
loading...