Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda ağzından güllələnən kriminal avtoritetin öldürülməsinin səbəbi bilindi

Bakıda kriminal avtoritetin qətlinin təfərrüatı məlum olub.

Mynews.az oxu.az-a istinadən hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Mübariz Budaqlıya atəşi Taleh Cəlalov açıb. 

Hadisə təqib zamanı baş verib. Belə ki, qurbanın avtomobili tıxaca düşüb və T.Cəlalov lüləsi kəsilmiş ov tüfəngindən atəş açıb. Əvvəlcə güllə avtomobilin ön şüşəsinə dəyib, ikinci atəş isə M.Budaqlını ölümcül yaralayıb.

Qətlin səbəbi isə M.Budaqlı ilə T.Cəlalov arasındakı uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər iki nəfər T.Cəlalovun həyat yoldaşı haqqında çirkin şayiələr yayıb.

Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Lakin M.Budaqlı onun qəzəbindən yan keçə bilib.

Bu arada, qətlin qurbanı dələduzluqda ittiham olunurdu və 2017-ci ildə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi. Kriminal avtoritet iki ay əvvəl azadlığa çıxıbmış. 
 

İlkin dindirilmə zamanı saxlanılan şəxs iyunun 7-də M.Qubadlı ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisə törədilib.

Qeyd edək ki, qətldən dərhal sonra bu hadisənin digər kriminal avtoritet, "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əlaltısı Emin Səfərovun (Emin Masallinski) amansız qətli ilə bağlı olduğuna dair söz-söhbətlər yayılıb. Sonuncu mayın 10-da İsrafil Həşimov küçəsində baş vermiş kütləvi dava zamanı qətlə yetirilmişdi. Ancaq bu versiya öz təsdiqini tapmadı.

Xatırladaq ki, hadisə Rəsulzadə qəsəbəsi ərazisində,  “Favorit” supermarketinin yanında qeydə alınıb. Belə ki, 43 yaşlı kriminal avtoritet Budaqlı Mübariz Mürsəl oğluna aid “Mercedes” markalı avtomobilə atəş açılıb. M.Budaqlı başına açılmış atəş nəticəsində həyatını itirib.

Bir müddətdən sonra Dövlət Yol Polisi əməkdaşları qətli törətməkdə şübhəli bilinən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunu saxlayıblar.

Adıçəkilən şəxslər "10-GD-021" dövlət nömrə nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçmaq istəyiblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...