Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

«Lider» televiziyasi efirində yeniliklər edir

«Lider» televiziyasi efir proqraminda əsaslı dəyişiklik edib.

SİA xəbər verir ki, yay fəslinin gəlməsi ilə əlaqədar, adətən mövsümi olaraq bağlanan verilişlər davam etdirilir, hətta yeniləri açilib. Xüsusilə, kanal gün boyu efirlərində analitik, ictimai-siyasi, maarifləndirici yeni layihələrə geniş yer ayıracaq. Teleməkanda format baxımından tək və fərqli olan «geosiyasət», siyasi gündəmin analizlərinə həsr olunan «Mövqe», «Sədadan sonra», dunya xəbərlərini operativ və geniş təqdim edən «Səda dunya», iqtisadi islahatlarin muzakirəsi və iqtisadi yeniliklərlə zəngin olan «Ekonomiks», operativ idman xəbərlərinin cəmləşdiyi «Səda idman», gənclərin maariflənməsi, onlarin düzgün formalaşdirilmasi, vətənpərvərlik ruhunun aşılanması missiyasını qarşısına məqsəd qoyan «Vətənim Azərbaycan», «Gələcəyə dogru» və s. verilişlər tamaşaçıların ixtiyarına veriləcək.

«Lider»in bu qərarını günümüzdə əksər televiziyalarda bayagı, toyxana, qalmaqallı verilişlərin vüsat almasına bir etiraz addımı kimi qəbul etmək olar. Mənəvi dəyərlərimizin qorunub saxlanilmasının, gənclərin düzgün tərbiyə edilməsinin, Azərbaycan ailəsi modelinin təbliğ olunmasının önəmini nəzərə alaraq «Lider» televiziyasi axının ardınca yox, öz tamaşaçı kütləsini formalaşdırmağa davam edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...