Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Jurnalistin qızı və həyat yoldaşının intiharı ilə bağlı təfərrüatlar

Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində ana və qızının özlərini yaşadıqları binanın 10-cu mərtəbəsindən atması hadisəsi ilə bağlı dəhşətli təfərrüatlar üzə çıxıb.

Mynews.az Publika.az-a istinadən məlumatına görə, hadisədən bir neçə dəqiqə əvvəl “Respublika” qəzetinin baş redaktor müavini İsmayıl Abdullayev qızı ilə birgə alış-verişdən gəlib.

Bir neçə torbanı yaşadıqları evə qaldıran Xədicə Abdullayeva heç kimin gözləmədiyi halda qəfil özünü pəncərədən atıb. Qonşuların bildirdiyinə görə, hadisə vaxtı məhəllədə Hacı adı ilə tanınan jurnalist İsmayıl Abdullayev də evdə olub. Sakinlər hadisə yerində vəfat edən Xədicənin üstünü pərdə ilə örtmək istəyərkən onun anası Rübabə Abdullayevanın da özünü atdığını görüblər.

Qadın qızının yanında yerə düşərək hadisə yerində keçinib. Məlumata görə, intihar edən Xədicə Abdullayeva ailəli olub və 5 yaşlı qızı varmış. O bir müddət imiş ki, müalicə alırmış və bu məqsədlə Gürcüstanda və İsraildə xəstəxanalarda olub. Sinir xəstəliyindən əziyyət çəkən X.Abdullayeva bu günlərdə yeni müalicə kursu götürübmüş. Onun anası Rübabə Abdullayevada isə son vaxtlar onkoloji xəstəlik aşkarlanıbmış. Xəstəlik səbəbindən qadında psixoloji sarsıntılar müşahidə edilirmiş. O, son vaxtlar əsasən rayonda olsa da, müalicəsi ilə əlaqədar Bakıya gəlibmiş.

Sakinlər onu da bildiriblər ki, İ.Abdullayev yaşadığı binada qızı və oğlu üçün ayrı-ayrı mənzillər alıb və onlar ayrılıqda yaşayıb. Vəfat edən ana və qızının dəfn mərasimi Goradildə keçiriləcək.

Qeyd edək ki, hadisə vaxtı X.Abdullayevanın həyat yoldaşı Bakıda olmayıb. Ona xəbər yolda, yəni paytaxta gələrkən verilib. Mərhumun 5 yaşlı qızı isə hadisə vaxtı bağçada olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...