Metro istifadəçilərinə ŞAD XƏBƏR - Avqust ayında...
““Xətai” stansiyasında yekun işlər avqust ayında bitəcək”.
Mynews.az xəbər verir ki, bu sözləri “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Redaktor.az-a açıqlamasında bildirib.
Qurum rəsmisi vurğulayıb ki, stansiyanın istifadə veriləcəyi tarix hələlik məlum deyil:
“Hazırda stansiyada tikinti-quraşdırma üzrə yekun işlər görülür. Ekskalatorlarda isə sınaq və tənzimləmə işləri davam etdirilir. Adətən son tamamlama işləri bir qədər vaxt aparır. Lakin nəzərdə tutulan bütün işlərin avqust ayında bitəcəyi gözlənilir”.
Bakı metrosunun ən dərin stansiyası olan "Xətai"nin yenidənqurma işlərinə ötən il sentyabrın 27-də başlanılıb. "Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurəti yaranıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 926 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 907 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 598 dəfə oxunub