Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müdafiə Nazirliyindən təyyarə qəzasının videosu ilə bağlı - AÇIQLAMA

Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür. 

Bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntünün yayılması barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər. 

Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır.

“Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır.

İctimaiyyəti isə həmin videonu yaymamağa, o cümlədən, inanmamağa çağırırıq”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...