Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xəzərə düşən MiQ-29 ilə bağlı RƏSMİ AÇIQLAMA

Qəzaya uğramış hərbi təyyarənin axtarışı davam edir.

Mynews.az Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev da itkin düşüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...