Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Prezidentdən nağdsız ödənişlərlə bağlı - TAPŞIRIQ

Azərbaycanda nağdsız ödənişlər hələ də aşağı səviyyədədir.

Bu fikirləri Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Dövlət başçısının sözlərinə görə, bu sahədə çox ciddi addımlar atılmalıdır:

“Biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. POS-terminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər”.

Prezident bildirib ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması qəbuledilməzdir.

İlham Əliyev bu məsələnin təhlil edilməsi və ciddi addımlar atılması ilə bağlı tapşırıq verib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...