Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Nar”-ın rominq paketinə qoşul, səyahətdən zövq al!

Xidmətlərini hər zaman abunəçilərinin tələblərinə uyğun şəkildə formalaşdıran “Nar”, səyahətsevər abunəçiləri üçün sərfəli rominq paketləri təqdim etməkdədir. Rominq paketlərinə qoşulmaqla siz “WhatsApp”-da pulsuz yazışa, sərfəli zəng və internetdən yararlanaraq səyahətinizi daha da rahatlaşdıra bilərsiniz. Təqdim olunan sərfəli şərtlər abunəçilərin də diqqətindən kənarda qalmayıb. Son bir ildə “Nar”-ın rominq paketlərindən istifadə edənlərin sayı 66% artıb.

“Nar” abunəçilərinin istəklərini nəzərə alaraq, dörd müxtəlif  rominq paketi təqdim edir. Belə ki, “Roaming 9” paketi abunəçilərə 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə, “Roaming 18” paketi 1 GB internet,  “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə  təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki,  “Roaming 18”“Roaming 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən çıxılmayacaq.

Qeyd edək ki, rominq xidmətləri “Nar” abunəçiləri tərəfindən ən çox qonşu Türkiyə, Gürcüstan, Rusiya, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Ukraynada istifadə edilir.

Şifariş edilən paketdaxili internet və dəqiqənin balansını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq lazımdır. “Roaming 9”, “Roaming 15” paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin istifadə müddəti isə 15 gündür.

Rominq paketləri haqqında daha ətraflı məlumatı nar.az saytından və ya 777 nömrəsinə “R” göndərməklə əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...