Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bilgəh çimərliyində İYRƏNC MƏNZƏRƏ

Ötən illərə nisbətən bu mövsüm Bakı və Abşeron çimərliklərində çirklənmə çoxdur.

Mynews.az xəbər verir ki, çimərliklərdə vəziyyətin bərbad olması ilə bağlı BAKU.WS-in “qaynar xətti”nə şikayətlər daha çox daxil olub.

Şikayətlər əsasən Novxanı, Bilgəh, Sahil, Buzovna, Şıx çirmərliklərindən edilir.

Şikayətlər əsasən çimərlikdə sahil ətrafı ərazilərin çirkləndirilməsi, zibillərin hara gəldi atılmasıdır.

Şikayətlərdən biri də, Bilgəh çimərliyindəndir. Bilgəh sanatoriyasının qarşısında çimərliyə gələnlər ətrafı zibilləyiblər. Baxmayaraq ki, əraziyə zibil qutuları qoyulub, bura gələnlər əllərinə gələnləri hara gəldi atırlar.

Bilgəh çimərliyindən çəkilən iyrənc mənzərəni təqdim edirik.

Qeyd edək ki, bu il çimərliklərdə dəniz suyunun də çirklənməsi barədə rəsmi məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları çimərlik ərazilərində dəniz suyunun növbəti monitorinqini keçiriblər.

Nəticələrə görə, Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Pirşağı, Zaqulba və Mərdəkan çimərlikləri istisna olmaqla Sumqayıt, Novxanı, Buzovna, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahil, Xaçmazın Yalama, Seyidlər, İstisu (Müqtədir), Nabran, Lənkəran və Astara ərazilərindəki çimərliklər mikrobioloji baxımdan çirklidir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...