Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Sədərək"dəki yanğında 16 nəfər xəsarət alıb - RƏSMİ

Dünən "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı xəstəxanaya müraciət edənlərin ümumi sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, onların 6-na hadisə yerində yardım edilib, 10 nəfər isə Kliniki Tibbi Mərkəzinə aparılıb:

"10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, qalanlar yanğının söndürülməsində iştirak edən Fövqəladə Halar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar". 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...