Bayram namazının vaxtı açıqlandı
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.
Mynews.az xəbər verir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.
Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 981 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub
loading...