Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıt yolunda iki avtobus toqquşdu - yaralananlar var YENİLƏNİB + FOTO/VİDEO

Sumqayıt yolunda zəncirvari qəzaya “Daewoo” və “İsuzu” markalı nəqliyyat vasitələrinin toqquşması səbəb olub. 

Mynews.az oxu.az-a istinadla xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bir neçə minik maşını da qəzada ziyan görüb:

“Daewoo” markalı, 99 LR 63 dövlət nömrə nişanlı və “İsuzu” markalı, H029237 nömrə nişanlı maşınlar toqquşub. Bir neçə minik maşını isə həmin maşınlara çırpılıb. 

Hadisə yerində hazırda evakuatorlar işləyir. Yüngül  xəsarətlər var. Əməkdaşlar çalışır ki, maşınları yoldan mümkün qədər tez çıxarsınlar. Nəqliyyatın normal hərəkəti bərpa edilsin”.

09:02

Səhər saatlarında turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusu toqquşub.

Mynews.az oxu.az-a istinadla xəbər verir ki xəbər verir ki, hadisə Xırdalan dairəsi adlanan ərazidə baş verib. 

Baş Dövlət Yol Polisi İdarəsindən saytımıza bildirilib ki, Bakı-Sumqayıt yolu qəza səbəbindən bağlanıb:

“Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan avtobus toqquşub. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü idarəetməni itirərək, sərnişin avtobusuna çırpılıb. 

Hadisə nəticəsində ölən olmayıb. Yüngül xəsarət alanlar var. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq. Gün ərzində Bakı-Sumqayıt magistralı da açılacaq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...