Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yolu asta-asta keçən qocanı vurmamaq üçün qəza törətdi

Bakıda baş verən daha bir qəzanın görüntüləri yayılıb. 

Mynews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib. 

Müəyyən olunmamış yerdən asta sürətlə yolu keçən qoca kişi qəzaya səbəb olub. Belə ki, sürətlə hərəkət edən “Nissan” markalı avtomobil piyadanı vurmamaq üçün sərt manevr edib və nəticədə, avtomobil yol kənarındakı bardürlərə çırpılaraq, qarşı yola düşüb. 

Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Qəza anbaan arxadan gələn avtomobillərdən birində yerləşdirilmiş təhlükəsizlik kamerasına əks olunub. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...