Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əmək pensiyalarının minimum məbləği artdı - Prezidentdən sərəncam

Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.

Sənədə əsasən, (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: "Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...