Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İtən uşaqlar tapıldı, oğru qadın tutuldu - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və Bərdə rayon Polis şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iki azyaşlını oğurlayan qadın tutulub.

Mynews.az xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər. 

Bildirilib ki, azyaşlıları oğurlayan qadın Nargilə Quliyevadır. Hazırda insan oğurluğunun səbəbləri araşdırılır.

Qadın tutularkən uşaqlar yayında olub. Polis uşaqları aidiyyəti üzrə təhvil verib.

16:05

Bakı polisi Binəqədi rayonunda naməlum qadın tərəfindən oğurlanmış azyaşlı qardaş və bacının axtarışını davam etdirir. Uşaqlar və qadın sonuncu dəfə Beynəlxalq Avtovağzal Kompleksi ərazisində görünüb - müşahidə kamerası onları görüntüləyib.

Bu barədə Oxu.Az-a Binəqədi Rayon Polisindən məlumat veriblər.

Qeyd edək ki, 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı və 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rəhim oğlu 3-cü mədən küçəsinin 76-cı korpusu ərazisində itiblər.

Məlum olub ki, uşaqları Bərdə rayonuna aparıblar. Cinayət-axtarış bölməsinin bir qrup əməliyyatçısı itmiş uşaqları axtarmaq üçün rayona gedib.

Uşaqların anası Çiçək Aslanova işlədiyi kafeyə gəlmiş Bərdədən olan uşaqlı qadını qonaq saxlamasından danışıb. Ç.Aslanova onları yedirdib və bir günlük öz evinə gətirib. Səhəri gün işə gedən Ç.Aslanova düşünüb ki, qonaqları tezliklə gedəcəklər. Lakin sonra aydın olub ki, naməlum qadın onun uşaqlarını oğurlayıb.

Oğru qadının şəxsiyyəti və oğurluğun hansı məqsədlə törədildiyi hələlik bilinmir. Bu istiqamətdə iş aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...