Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
Sentyabrın 16-da (Sentyabrın 15-i bazar gününə düşdüyü üçün dərslər bir gün sonra start götürəcək) ölkədə yeni tədris ilinin başlaması ilə bağlı nəqliyyat sahəsində də yeniliklər gözlənilir.
Mynews.az xəbər verir ki, məktəbli və tələbələrin tədrisə başlaması paytaxtda nəqliyyat sıxlığını istisna etmir.
Bakıda hər il olduğu kimi müşahidə ediləcək nəqliyyat sıxlığı ilə əlaqədar “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında yeni tədris ili ilə bağlı hazırlaqların görüldüyünü və bəzi yeniliklərin olacağını açıqladı.
“Yeni tədris ili üçün bizdə xüsusi olaraq iş qrafiki mövcuddur. Bu, payız-qış qrafikinə keçiddən ibarətdir. Qatarların hərəkəti daha da sıxlaşdırılacaq və intervallar azalacaq. Bundan əlavə, yaxın günlərdə iki qatar xəttə buraxılacaq. Bu ayın axırına kimi daha iki qatar gətiriləcək. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq”,- deyə Bəxtiyar Məmmədov əlavə edib.
Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 77,1 mln. nəfər olub.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 967 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 930 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 921 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 920 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 918 dəfə oxunub