Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu ərazilərdə qaz təchizatı dayandırılır - Qaz sızması olub

Bu gün saat 09:00-dan etibarən Samux rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bu müddət ərzində texniki baxış zamanı aşkarlanmış qaz sızmalarının ləğvi işləri aparılacaq.

Saat 10:00-dan isə Binəqədi rayonu Xocasən qəsəbəsində yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması da icra olunacaq.

Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocasən qəsəbələrində qaz təchizatı dayandırılacaq.

Bundan başqa, Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə zərurət yaranıb.

Saat 10:00-dan işlər başa çatanadək Kürdəxanı kəndində də qaz təchizatı dayandırılacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...