"Bacanağım boşanmış qızıma pulla cinsi əlaqəyə girməyi təklif etmişdi" - Sumqayıtdakı qətlin detalları

Sumqayıt Apellyasiya Məhkəməsində namus üstündə bacanağını öldürməkdə təqsirli bilinən Şahin Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Mynews.az ölkə.az-a istinadən bildirir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Ş.Qasımovun apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Abşeron rayonu, Saray qəsəbəsində 1976-cı il təvəllüdlü Müşviq Abbasov bacanağı Şahin Qasımov tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Şahin Qasımova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İttihama münasibət bildirən Şahin Qasımov özünü təqsirli bilib.
O, bacanağını namus üstündə öldürdüyünü deyib: "Qızım ailə həyatı qursa da, sonradan boşanmışdı. Mənim evimdə qalırdı. Bir gün bacanağım Müşviq Abbasov bizə gəldi, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu bıçaqladım".
Şahin Qasımov əməlindən peşman olmadığını deyib: "Bacanağımın binamus hərəkətlərindən xəbərsiz idim. Qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki öldürdüm".
Qeyd edək ki, Şahin Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Cəmiyyət
- “Xəzər” TV-də nə baş verir?
- Kirayə evlərə sahib olmaq istəyənlərin nəzərinə - ŞƏRTLƏR MƏLUM OLDU
- Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
- Sürücülük vəsiqəsi ilə bağlı VACİB XƏBƏR - Bundan sonra imtahan... - VİDEO
- Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi
- Azərbaycanda iki qanun ləğv edildi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Xoşqədəm efirdə hönkür-hönkür ağladı - "Özümü bağışlaya bilmirəm" - VİDEO 198 dəfə oxunub
- Azərbaycanlı icra başçısı işə avtobusla gedir 192 dəfə oxunub
- Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi 189 dəfə oxunub
- Azyaşlını bədənindən “cin çıxararkən” döyüb öldürdülər 188 dəfə oxunub
- Prezident Administrasiyasında daha bir - TƏYİNAT 185 dəfə oxunub