Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şöbə müdirini maşınla vurub öldürənə 3 il iş verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı vurub öldürərək hadisə yerindən qaçmaqda təqsirləndirilən 16 yaşlı Qurbanəli Qurbanova hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Qurbanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2018-ci il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində baş verib. Yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı naməlum avtomobillə vurulub və orada ölüb. Sürücü isə hadisə yerindən qaçıb.

Hadisənin "Nissan” markalı avtomobillə törədilməsi, sürücüsünün isə Bakı şəhər sakini 16 yaşlı və sürücülük vəsiqəsi olmayan Q.Qurbanov olması müəyyən edilib və o saxlanılıb.

Ləman Süleymanlı "AzərTürkBank"ın mühasibi, şöbə müdiri vəzifəsində işləyib. Atası ana anası təhsil sahəsində müəyyən vəzifələr tutublar.

///Qafqazinfo

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...