Ləğv edilmiş banklarda əmanətlər geri qaytarılır - 17 min manata qədər
Ləğv edilmiş banklarda 17000 manata qədər təmin edilməmiş əmanətlər geri qaytarılır.
Mynews.az Trend-ə istinadən bildirir ki, Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan "Atrabank" ASC", "Royalbank" ASC, "Kredobank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, QSC "Bank Standard" KB, "Yunayted Kredit Bank" ASC, "Texnikabank" ASC, "Dəmirbank" ASC və "Gəncəbank" ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək kreditor tələbinin ödənilməsinə "Kapitalbank" ASC vasitəsilə 16 oktyabr 2019-cu il tarixindən başlanıb.
Kreditor tələbinin ödənilməsi nağdsız qaydada həyata keçirilir.
Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən "Kapitalbank" ASC-nin təqdim olunan siyahı üzrə filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət olunması xahiş olunur.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Universitet və kolleclərə sənəd verənlərin sayı açıqlandı 1098 dəfə oxunub
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA 1083 dəfə oxunub
- Məktəb direktoru işdən çıxarıldı 1083 dəfə oxunub
- Azərbaycanda əlaçı şagird, olimpiadaların iştirakçısı intihar etdi 1031 dəfə oxunub
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..." 1023 dəfə oxunub