"Porsche" sürücüsü aləmi bir-birinə vurdu - maşını polislərin üzərinə sürdü - VİDEO - VİDEO

Paytaxtın Yasamal rayonu ərazisində "Porsche" markalı avtomobilin sürücüsü yüksək sürətlə Abdulvahab Salamzadə küçəsində yol hərəkəti qaydalarını pozub.
Mynews.az APA-ya istinadla xəbər verir ki, sürücüyə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları "Saxla" əmri verib. Sürücü əvvəlcə avtomobilini saxlayıb, ancaq yol patrul xidmətinin əməkdaşlarının tələbinə əməl etməyib.
Müvafiq sənədlərinin olmadığını deyərək avtomobillə ərazidən uzaqlaşıb. Daha sonra o, Mətbuat prospekti və Zərdabi küçələrində əks istiqamətli yola çıxaraq açıq-aşkar qəza şəraiti yaradıb. Ziya Bünyadov prospektində isə avtomobilini arxa-arxaya sürərək digər nəqliyyat vasitələrinin sürücülərini təhlükəli vəziyyətə salıb.
Onun bu əməli təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Məlum olub ki, sürücü digər iki nəqliyyat vasitəsini vuraraq qaçıb. Ziya Bünyadov prospektində isə avtomobilini ona bir daha "Saxla" əmri verən Yol Patrul Xidmətinin əməkdaşlarının üzərinə sürüb. Təxminən yarım saatlıq qaç-qovdan sonra sürücü Mətbuat prospektində süni tıxac yaradılaraq saxlanılıb.
Məlum olub ki, avtomobili idarə edən 28 yaşlı Quliyev Elşən Tahir oğludur. O saxlanılaraq polis orqanına gətirilib. Sürücü törətdiyi əməli etiraf edib. Elşən Quliyevin idarə etdiyi "Porsche" martkalı avtomobil isə 5 saylı cərimə meydançaına yerləşdirilib.
Sürücü Elşən Quliyev alkoqol sərxoşluğunun müayinəsi məntəqəsinə aparılıb. Onun barəsində toplanılan materiallar məhkəməyə göndərilib.
Cəmiyyət
- “Xəzər” TV-də nə baş verir?
- Kirayə evlərə sahib olmaq istəyənlərin nəzərinə - ŞƏRTLƏR MƏLUM OLDU
- Vilayət Eyvazov Dövlət Yol Polisi barədə göstəriş verdi
- Sürücülük vəsiqəsi ilə bağlı VACİB XƏBƏR - Bundan sonra imtahan... - VİDEO
- Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi
- Azərbaycanda iki qanun ləğv edildi
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Xoşqədəm efirdə hönkür-hönkür ağladı - "Özümü bağışlaya bilmirəm" - VİDEO 551 dəfə oxunub
- Ermənilər AzTV-nin əməkdaşlarına xəsarət yetirdi 190 dəfə oxunub
- Prezident Administrasiyasında daha bir - TƏYİNAT 186 dəfə oxunub
- Azərbaycanda iki qanun ləğv edildi 184 dəfə oxunub
- Prezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM 184 dəfə oxunub